EN

AzMİU və Holberton School arasında əməkdaşlıq genişlənir FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və beynəlxalq “Holberton School” şəbəkəsi arasında əməkdaşlıq daha da dərinləşir.

"Unikal" xəbər verir ki, bu məqsədlə “Holberton School”un baş icraçı direktoru (CEO) Florian Bucher, “Holberton School Azerbaijan”ın rəhbəri Şəmsi Bayramzadə və İnformasiya Texnologiyaları və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sektor müdiri Vüsalə Qurbanova AzMİU-da olublar və universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər. 

Görüşdə universitetin hər iki tərəfdən nümayəndələr də iştirak ediblər. Tərəflər “Holberton School” şəbəkəsi ilə AzMİU arasında mövcud əməkdaşlıq əlaqələrini müzakirə edib, gələcək birgə layihələrin istiqamətlərini müəyyənləşdiriblər.

Rektor professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU informasiya texnologiyaları yönümlü ixtisaslarda tədrisi dünya standartlarına uyğunlaşdırmaq istiqamətində ardıcıl addımlar atır. Vurğulanıb ki, tələbələr üçün nəzəri biliklərlə yanaşı, praktiki təlimlərin təşkili onların əmək bazarına tam hazırlanmasına və rəqabətədavamlı kadr kimi yetişməsinə xidmət edir.

Florian Bucher və Şəmsi Bayramzadə AzMİU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hazırda AzMİU-nun 25 tələbəsi “Holberton School Azerbaijan”da təhsil alır. Onlar beynəlxalq proqram əsasında yüksək səviyyəli İT mütəxəssisləri kimi yetişdirilir.

Vüsalə Qurbanova isə İRİA tərəfindən ali təhsil müəssisələrində rəqəmsallaşma ilə bağlı aparılan işlərin diqqətlə izlənildiyini, AzMİU-nun təşəbbüslərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. 

AzMİU-nun İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə və İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdir müavini dosent Rəşad İsmibəyli çıxış edərək bildiriblər ki, “Holberton School” şəbəkəsi ilə əməkdaşlıq tədris imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradır. 

Görüş zamanı AzMİU ilə “Holberton School” arasında əməkdaşlığın genişləndirilməsi, daha çox tələbənin bu layihəyə cəlb olunması və AzMİU-nun İT ixtisaslarında dərs deyən müəllimlərin “Maşın öyrənmə” və “Süni intellekt” üzrə “Holberton School” mütəxəssisləri tərəfindən təlimlərə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı, həmçinin AzMİU-nun CODEX IT Akademiyası çərçivəsində birgə fəaliyyətlərin uğurla həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, AzMİU-nun İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin nəzdində yaradılan bu akademiya universitet-sənaye əməkdaşlığının yeni mərhələsidir. “CODEX” hazırda “Huawei”, “Holberton School Azerbaijan”, “İnnab” Peşəkar Təlim Platforması və “Prosol” kibertəhlükəsizlik şirkəti ilə əməkdaşlıq edir və tələbələrin beynəlxalq sertifikatlar qazanmasına real imkan yaradır.

Sonda AzMİU və “Holberton School Azerbaijan” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd gələcəkdə birgə təlim proqramları və innovativ İT layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
3
unikal.az

5Sources