EN

“Apple” Tim Kuka varis axtarır

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerika texnologiya nəhəngi “Apple”ın baş direktoru Tim Kuku aparat mühəndisliyi üzrə baş vitse-prezident Con Ternus əvəz edə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.  

Agentliyin bildirdiyinə görə, bu gün “Apple”da ən böyük suallardan biri Kukun baş direktor vəzifəsindən gedəcəyi təqdirdə şirkətə kimin rəhbərlik edəcəyidir.

Belə ki, Kukun 2026-cı ildə 65 yaşı tamam olacaq, ancaq bu günə qədər onun konkret bir varisi yoxdur.

Fövqəladə vəziyyətdə şirkətə baş əməliyyat direktoru Sabih Xan və pərakəndə satış rəhbəri Deyrdr O'Brayen müvəqqəti rəhbərlik edə bilər.

Ancaq real namizəd kimi Tim Kuku aparat mühəndisliyi üzrə baş vitse-prezident Con Ternus əvəz edə bilər.

Buna baxmayaraq, baş direktor vəzifəsindən getdikdən sonra Tim Kukun şirkət daxilində təsirini qoruyub saxlayacağı, ehtimal ki, idarə heyətinin sədri vəzifəsini üzərinə götürəcəyi gözlənilir.

Bununla da o, Ceff Bezos, Larri Ellison, Bill Qeyts və Rid Hastinqs də daxil olmaqla bir çox digər texnologiya sənayesi liderlərinin izi ilə gedəcək.

Qeyd edək ki, Tim Kuk 2011-ci ildə “Apple” şirkətinin qurucusu Stiv Cobsdan sonra baş direktor vəzifəsini tutub. Onun rəhbərliyi altında “Apple” 3 trilyon dollarlıq bazar kapitalı ilə dünyanın ilk şirkəti olub və “iPhone” tarixin ən uğurlu istehlak məhsullarından birinə çevrilib. 1998-ci ildə “Apple”a qoşulmazdan əvvəl Kuk 12 il IBM-də işləyib və “Intelligent Electronics” və “Compaq” şirkətlərində yüksək vəzifələr tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
yeniavaz.com

2Sources