EN

Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq - RƏSMİ

7 oktyabr saat 08:00-dan 9 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.

Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Chosen
17
13
day.az

10Sources