EN

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 13%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin oktyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikasındaaktiv vergi ödəyicilərinin sayı 21.969 olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə6,9% çoxdur.

Həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və616 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayıisə 5,4 faiz artaraq 6.162 olub.

Məqalədə:
Chosen
7
az.trend.az

1Sources