EN

Bu yolda avtomobillə hərəkət məhdudlaşdırılacaq - Sabah saat 08:00-dan...

Oktyabrın 7-si, saat 08:00-dan oktyabrın 9-u saat 24:00-a qədər Bakının Yasamal rayonunda, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.

BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə Agentlik bəyan edib.

Chosen
22
34
far.az

10Sources