Bir neçə gün öncə 49 yaşında qəfil vəfat edən Əməkdar artist Cabir İmanovun ailəsinin görüntüləri sosial şəbəkədə yayılıb.
News365.az xəbər verir ki, paylaşılan kadrlarda mərhum aktyorun xanımı və dörd övladı yer alıb.
Görüntülər izləyiciləri duyğulandırıb, bir çoxları sosial şəbəkə istifadəçiləri sənətçinin ailəsinə başsağlığı və dəstək mesajları ünvanlayıblar.
Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da ürəktutmadan vəfat edib.