Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın adı spirtli içki qəbulu ilə bağlı qalmaqalda hallanıb.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, Kostanyan bir qadınla İrəvanın mərkəzində yerləşən restoranda olub. Bir neçə saat ərzində yeyib-içdikdən sonra küçəyə çıxan cütlük ictimai yerdə özlərini nalayiq aparmağa, bir-birini itələməyə və təhqir etməyə başlayıb.
“İnsidentin çoxsaylı şahidləri onlara müdaxilə etməyib və məsələni tərəflərin özlərinin həll etməsinə şərait yaradıblar”, – məlumatda vurğulanır.