EN

Zədələndiyinə görə heyətdən çıxarıldı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Fənərbaxça” klubunda “Samsunspor”la keçiriləcək qarşılaşma öncəsi gözlənilməz hadisə yaşanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadla xəbər verir ki, komandanın braziliyalı qolkiperi Ederson Moraes məşq zamanı zədə alıb.

Klubun məlumatına görə, futbolçu bu gün ağrılar səbəbindən Samsunda MRT müayinəsindən keçib. Aparılan müayinə nəticəsində qapıçının arxa əzələsində qanaxma müəyyən edilib.

Məlumata əsasən, braziliyalı qapıçının yerinə “Samsunspor”la görüşdə Tarık Çetin meydana çıxacaq. Komandada zədəlilər sırasına daxil olan digər qapıçı İrfan Can Eğribayat isə matçın heyətində yer almayacaq.

Braziliya Futbol Federasiyası da Edersonun vəziyyəti ilə bağlı açıqlama yayıb. Qurum futbolçunun məşq zamanı zədələndiyini və bu səbəbdən milli komandanın heyətindən çıxarıldığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
5
qafqazinfo.az

6Sources