Misirin Şarm əl‑Şeyx şəhərində İsrail və HƏMAS arasında atəşkəs və israilli girovların azad edilməsi üzrə danışıqlar başlayıb.Bu barədə “Bild” nəşri xəbər verir.
İndiki mərhələdə aparılan danışıqlar yekun razılaşma ola bilər.
Müzakirələr ABŞ və Misirin vasitəçiliyi ilə tərəflər arasında birbaşa təmas olmadan aparılır.
“Israel Hayom” qəzetinin xəbərinə görə, razılıq əldə edilərsə, 72 saat içində 20 sağ qalan girov buraxıla bilər. Həlak olanların meyitlərinin təhvil verilməsi isə daha uzun müddət tələb edəcək.
ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın göstərişi ilə Misirə ezam olunmuş xüsusi nümayəndə Stiv Uitkoff başçılıq edir.