EN

Rusiyaya qarşı hücuma keçdi, qonşuları hədəf alındı Yeni gərginlik

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Böyük Britaniyanın açıq şəkildə Rusiyaya hücum etdiyini bildirib. Onun sözlərinə görə, Britaniya Ukraynaya açıqmənzilli raketlərlə hücuma keçməyə kömək etməklə Rusiyaya qarşı döyüşlərə qoşulmuş oldu.

Qlenn Moskvanın daha sonra Londona cavab verəcəyini və eskalasiyaya nəzarətin mümkünsüz olacağını deyib.

Rusiyanın məsələyə reaksiyası necə olacaq? Digər ölkələr də Britaniyaya baxıb hücumlara dəstək verə bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Avropada Rusiyanın mövqeyini müdafiə edən və ona simpatiya bəsləyən çoxsaylı ictimai-siyasi xadimlər, iş adamları, universitet və elm dairələrinin nümayəndələri mövcuddur:

“Rusiya kəşfiyyatı uzun illərdir Qərbdə bu kimi şəxslərlə əlaqə quraraq onların vasitəsilə təsir imkanlarını genişləndirməyə çalışır. Professor Qlennin açıqlaması bir qədər şişirdilmiş məlumatdır. Böyük Britaniya Rusiyaya qarşı müharibədə Ukraynanın əsas tərəfdaşlarından biridir. Bu, artıq təsadüfi deyil, çünki London Kiyevin Moskvaya qarşı mübarizəsini birmənalı şəkildə dəstəkləyir və bu dəstək hökumət dəyişikliklərinə baxmayaraq, ölkənin siyasətində sabit qalır.

Böyük Britaniya Ukraynaya öz arsenalında olan çoxsaylı hərbi vasitələr, o cümlədən, “Storm Shadow” raket sistemlərini təqdim edib. London həmçinin Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsi məsələsində də Kiyevlə eyni mövqedədir və digər Qərb müttəfiqlərini də razı salmağa çalışır”.

Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Rusiyanın cavabı əsasən hava məkanlarının pozulması, dron hücumları və təxribat xarakterli addımlar şəklində özünü göstərir:

“Moskva bu vasitələrlə həm Avropa ölkələrinin sayıqlığını yoxlayır, həm də onları təhdid altında saxlamağa çalışır. Lakin Rusiyanın Böyük Britaniyaya qarşı birbaşa və ciddi cavab addımı atacağı inandırıcı görünmür. Çünki iki ölkə arasında böyük coğrafi məsafə mövcuddur.

Doğrudur, Rusiya bəzən Danimarka və Norveçin hava məkanını pozur və bu ölkələr coğrafi baxımdan Britaniyaya yaxın yerləşirlər. Amma Böyük Britaniyanın hərbi potensialı və müdafiə imkanları kifayət qədər yüksəkdir. Üstəlik, London Vaşinqtonun əsas strateji müttəfiqidir, bu səbəbdən Britaniyaya yönəlmiş istənilən təhdid dolayısı ilə ABŞ-a da yönəlmiş sayılır.

Digər Qərb ölkələri də Böyük Britaniyanın nümunəsini izləyərək Ukraynaya dəstəyi artırmağa çalışırlar. Son dövrlər Avropa liderlərinin bəyanatlarına diqqət etsək, bu istiqamətdə müəyyən konsensusun formalaşdığını görmək mümkündür. Xüsusilə də Almaniya və Fransa bu məsələdə ön sıralarda yer alırlar.

Avropa öz təhlükəsizliyini təmin etmək üçün Ukrayna ilə birgə işləməyə məcburdur. Əks halda, Rusiya təhdidi birbaşa Qərbin təhlükəsizlik sisteminə yönələ bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
globalinfo.az

1Sources