EN

Nazirlik qriplə bağlı hərəkətə keçdi: Fransadan vaksin gətirildi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycana qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, bu il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start veriləcək.

Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
18
axar.az

10Sources