EN

“Atletik” artıq “Qarabağ”dan ehtiyatlanır”- İspaniya KİV-i yazır ki...

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə parlaq startı Avropa klublarını narahat etməyə başlayıb.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ölkənin bu turnirdəki təmsilçilərindən “Atletik” artıq Azərbaycan klubu ilə qarşıdakı matçı düşünməyə başlayıb.

Bilbao təmsilçisi ilk iki turun nəticələrindən sonra “Qarabağ”ı ciddi rəqib kimi qəbul etməyə başlayıb. Həmçinin, baş məşqçi Ernesto Valverde və yetirmələri İspaniyadakı görüşə dönüş nöqtəsi kimi baxır:

“Çünki “Atletik” Çempionlar Liqasına uğursuz başlanğıc etdi, hər iki oyununda məğlub oldu. Mövsümün əvvəlindəki gözləntinin əksinə olaraq, indi “Qarabağ” 6-cı, “Atletik” isə 34-cü pillədədir.

Bu durum bir daha Çempionlar Liqasının nə dərəcədə ciddi turnir olduğunu ortaya qoyur. Artıq Bilbao komandası “Qarabağ”dan ehtiyatlanır.

Digər tərəfdən isə klub toparlanmaq üçün həmin matçı özü üçün şans hesab edir. Çünki komanda nə La Liqada, nə də avrokubokda mövsümə istədiyi kimi başlaya bilib”.

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.

Azərbaycan çempionu ilk iki turda “Benfika”nı səfərdə 3:2, “Kopenhagen”i isə evdə 2:0 hesabı ilə məğlub edib. “Atletik” isə evdə “Arsenal”a (0:2), səfərdə Dortmund “Borussiya”sına (1:4) uduzub.

Chosen
11
sportinfo.az

1Sources