EN

Netanyahudan ŞOK: 11 Sentyabrdan sonra “Əl-Qaidə”yə dövlət verilsəydi…

İsrailin Baş naziri Benyamin Netanyahu “Euronews” telekanalına müsahibəsində İsrailin Qəzza münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb və ölkənin əsas məqsədlərindən danışıb.

Netanyahu bunları deyib:

“Biz azad dünya uğrunda mübarizə aparırıq, barbarların əvvəlcə Avropanı, sonra isə ABŞ-ı işğal etməsinin qarşısını almaq üçün çalışırıq. İkinci Dünya Müharibəsindən sonra Almaniya və ya Yaponiya kimi Qəzzanı da “deradikallaşdırmaq” lazımdır. Qəzzanın idarəçiliyini isə İsrailin məhvinə can atmayan insanlara həvalə etməliyik. ABŞ prezidenti Donald Tramp belə bir hökumətə rəhbərlik etməyi öhdəsinə götürüb”.

Baş nazir Avropanın sülh prosesindəki rolunu kəskin tənqid edib:

“Avropa Qəzza ilə bağlı sülh planında yoxdur, çünki Qərb böyük zəiflik nümayiş etdirib və faktiki əhəmiyyətsiz olub”.

Netanyahu əlavə edib ki, Qəzzada terror fəaliyyətinin yenidən canlanmasının qarşısını almaq üçün İsrail məsuliyyət daşıyacaq.

Baş nazir həmçinin 11 sentyabr hücumlarının nəticələri ilə bağlı bənzətmə apararaq, Təl-Əviv yaxınlığında Fələstin dövlətinin yaradılması ideyasını tənqid edib.

“Təsəvvür edin, 11 sentyabrdan sonra Ben Ladenə və “Əl-Qaidə”yə dövlət verilir. Həm də Nyu-Yorkdan bir mil məsafədə olan bir dövlətdən söhbət gedir. Bunu təsəvvür etmək belə qeyri-mümkündür. Məhz bu, bəzi Avropa liderlərinin 7 oktyabr hadisələrindən sonra irəli sürdüyü təklifdir. Onlar fələstinlilərə Təl-Əvivdən cəmi bir neçə mil aralıda dövlət vermək istəyirlər”, – deyə Netanyahu vurğulayıb.

Globalinfo.az

Chosen
6
2
editor.az

3Sources