Britaniya polad şirkətlərinin maraqlarının müdafiəsi ilə məşğul olan "UK Steel" assosiasiyasının baş direktoru Qaret Steys bildirib ki, Böyük Britaniyanın bu sahədə ixracının 80%-i Avropa İttifaqı ölkələrinə yönəldiyi nəzərə alınsa, Avropa İttifaqının mümkün tədbirləri krallığın iqtisadiyyatına güclü təsir göstərəcək. Bununla əlaqədar o, Londonu Brüsseldən güzəştlər əldə etməyə çağırıb.