EN

TƏBİB-in xanım işçisi keçmiş əri tərəfindən bıçaqlandı - YENİLƏNİB

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qanbayeva Lamiyə Nəcməddin qızını bıçaqlayan şəxs keçmiş həyat yoldaşıdır. 

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib.

O qeyd edib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

*** 21:47

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qanbayeva Lamiyə Nəcməddin qızı ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

Adalet.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Chosen
17
12
adalet.az

10Sources