EN

İndoneziyada məktəb binasının çökməsi 63 şagirdin ölümünə səbəb olub

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İndoneziyanın Şərqi Yava əyalətində icazəsiz mərtəbələr əlavə olunan internat məktəbi binasının uçması nəticəsində ölənlərin sayı 63-ə yüksəlib.

Bakıvaxtı.az-ın məlumatına görə,  Milli Axtarış və Xilasetmə Agentliyi 167 nəfərin təxliyə edildiyini, onlardan 63-nün həyatını itirdiyini açıqlayıb.

Rəsmilər binanın icazəsiz tikilən mərtəbələrin ağırlığına tab gətirə bilmədiyini bildiriblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
110
bakivaxti.az

1Sources