EN

"Turan Tovuz"la razılığa gəldi, paylaşım etdi - FOTO

"Turan Tovuz" Panama millisinin üzvü Roderik Millerlə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi futbolçusu ilə 1+1 illik müqavilə imzalayıb.

Panamalı bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, etimada görə kluba təşəkkür edib:

"Turan Tovuz”la müqaviləmi artırdığım üçün çox şadam. Mənə olan güvənə görə kluba minnətdaram. Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inam  mənim yolum üçün daha bir addımdır".

2022/2023 mövsümündən “Turan Tovuz”da oynayan Millerin son müqaviləsi 2026-cı il iyunun 30-na qədər idi.

 

saytlarin hazirlanmasi

Chosen
4
1
sportal.az

2Sources