EN

İran 10 trilyon kubfut qaz ehtiyatı kəşf edib

Yazını böyüt
Yazını kiçilt

İran enerji sektorunda əsaslı kəşfə imza atıb. Fars əyalətinin cənubundakı Pazen qaz yatağında 10 trilyon kubfut (283 milyard 168 milyon kubmetr) təbii qaz ehtiyatı aşkar edilib. Bu kəşfi İranın dövlət televiziyası neft naziri Möhsün Paknejadın açıqlamaları ilə açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Paknejad ehtiyatın “ölkənin cənubunda aparılan neft və qaz kəşfiyyatı fəaliyyəti nəticəsində” aşkar edildiyini bildirərək, “Fars əyalətinin cənubundakı Pazen yatağından başlayaraq Buşehrin şimalına qədər uzanan bölgədə aparılan kəşfiyyat işləri bu mühüm nəticəyə gəlib” deyib.

Nazir Paknejad, yataqda aşkar edilən ehtiyatların təxminən yüzdə 70-ə yaxın bərpa dərəcəsi ilə minimum 7 trilyon kubfut səviyyəsində qiymətləndirilə biləcəyini söyləyib. Bu həcm İranın hazırkı enerji istehsal gücünə əhəmiyyətli dərəcədə töhfə vermək potensialına malikdir.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2021-ci il məlumatlarına görə, Rusiya 47 trilyon kubmetrlə dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahibdir. İran 34 trilyon kubmetrlə ikinci yerdədir. Yeni kəşf bu boşluğun daralmasına kömək edə bilər.

Paknejad vurğulayıb ki, yeni ehtiyatlar “ölkənin enerji böhranının aradan qaldırılmasında mühüm rol oynaya bilər”.

İran dünyanın təsdiqlənmiş qaz ehtiyatlarının təxminən 17 faizinə sahibdir. Bununla belə, ABŞ-ın tətbiq etdiyi birtərəfli iqtisadi sanksiyalar səbəbindən ölkə enerji sektoruna beynəlxalq investisiya cəlb etməkdə çətinlik çəkir.

2018-ci ildə ABŞ İranın neft sənayesinə yenidən sanksiyalar tətbiq etdikdən sonra Fransanın enerji nəhəngi Total kimi Qərb şirkətləri İrandakı layihələrini dayandırıb. Bu, ölkənin enerji layihələri üçün daxili resurslara və regional tərəfdaşlıqlara müraciət etməsinə səbəb olub.

Chosen
22
hafta.az

1Sources