EN

Şabranda ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakı-Quba yolunda yüksək sürət faciəyə səbəb olub.
 
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
 
Qeyd olunub ki, oktyabrın 6-sı, saat 12:45-də Bakı-Quba avtomobil yolunun 136-cı kilometrliyində, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
"İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobilin sürücüsünün manevr qaydasını pozub. Onun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.
 
Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə müraciət edərək diqqətə çatdırır ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir:
 
"Manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.
 
Sürücülərin bir daha diqqətinə çatdırılır ki:
 
- yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar;
 
- qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər;
 
- yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər;
 
- təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələrini təmin etsinlər.
 
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür".
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

 

Chosen
4
18
moderator.az

10Sources