EN

AMB: Ani Ödəniş Sisteminin tarif siyasətində dəyişiklik hələ aktual deyil

Ani Ödəniş Sisteminin tarif siyasətində dəyişiklik hələ aktual deyil.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Əlili Rəxşəndə bildirib.

Onun sözlərinə görə, tarif siyasətinə ilin sonuna qədər baxıla bilər.

“AMB-nin ödəniş sistemləri sahəsində əsas məqsədi ölkədə bu sahənin inkişafı və genişləndirilməsidir. Bu səbəbdən də kart ödənişlərindən daha çox hesab əsaslı ödəniş həllərinin genişləndiriıməsində maraqlıyıq. Bu səbəbdən də bu ilin sonuna qədər tarif siyasətinə baxılma ehtimalı var. Məqsədimiz ödəniş sistemlərinə əlçatanlığın artırılmasıdı”, – deyə o qeyd edib.

Chosen
28
banker.az

1Sources