EN

Sükan arxasında verilən hər bir qərara məsuliyyətlə yanaşın Sürücülərə MÜRACİƏT

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha bütün sürücülərə müraciət edib.

Bu barədə Redaktor.az-a idarənin mətbuat xidmətindən məlumat verilib.

Diqqətə çatdırılıb ki, sükan arxasında verilən hər bir qərar məsuliyyət tələb edir. Manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.

Vurğulanıb ki, oktyabrın 6-sı saat 12:45 radələrində Bakı-Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

BDYPİ sürücülərin diqqətinə çatdırır ki, yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar və qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər. Eyni zamanda, yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər. Eləcə də təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələri təmin olunsun.

“Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür”,- deyə məlumatda bildirilib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
11
redaktor.az

10Sources