EN

Niyə manatın kodu “AZM” deyil, “AZN”-dir? - AÇIQLAMA

Bu gün məndən soruşdular ki, niyə manatın hərfi kodu "AZM" deyil, "AZN"-dir. Məntiqlə sonda "M" olmalıdır axı. Məsələ burasındadır ki, 20 il əvvəl denominasiya oldu və nəticədə 5000 köhnə manat 1 yeni manata bərabər oldu. Köhnə manatın kodu "AZM" idi, məhz fərqləndirmək üçün yenisini "AZN" adlandırdılar.

Day.Az xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov qeyd edib.

"'N' - "new", yəni yeni deməkdir. 2005-ci ildə Mərkəzi Bankın Ümumi Qanunvericilik Şöbəsinin rəisi olaraq denominasiya üzrə işçi qrupun üzvü idim. Yeni kod adı axtarırdıq. Mən "ARM" təklif etmişdim: Azərbaycan Respublikasının manatı. Hamı da razılaşmışdı. Birdən sanki məni cərəyan vurdu və təklifimi geri götürdüm: ARM bədnam qonşumuzu yaman xatırladırdı. Yekunda AZN üzərində dayandıq. Bu valyuta düz 9 il sabit və uğurlu oldu - 2015-ci ilin fevral devalvasiyasınadək. Yəni AZN ömrünün 10-cu ilində iflasa uğradı... 2017-ci ilin fevral ayından etibarən AZN yenə də sabitdir. Gələn il bunun da 9 ili tamam olacaq..." - o bildirib.

Chosen
2
9
day.az

10Sources