“Müştərilərin hüquqlarının qorunmasına dair yeni qaydalar hazırlanır”. 1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyinə həsr olunan mətbuat konfransında bildirib. O qeyd edib ki, müştəri hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik məsələləri üzrə banklar üçün artıq bir sıra ciddi tələblər müəyyən edilib: “Hazırda bu istiqamətdə əlavə alətlərin tətbiqi imkanlarını araşdırırıq” Şahin Mahmudzadə həmçinin əlavə edib ki, yaxın vaxtlarda kibercinayətkarlıq halları ilə bağlı rüblük statistika ictimaiyyətə təqdim olunacaq.