EN

Türkiyə Prezidenti Azərbaycanda səfərdədir - Yenilənib - FOTOLAR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

Paralel.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Paralel.az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlir.

 

Chosen
16
49
paralel.az

10Sources