EN

İndoneziyada məktəb binasının çökməsi nəticəsində ölənlərin sayı 63-ə çatıb

İndoneziyada məktəb binasının çökməsi nəticəsində ölənlərin sayı 63-ə çatıb

İndoneziyanın Şərqi Cava əyalətində yerləşən internat tipli məktəb binasının çökməsi nəticəsində həyatını itirənlərin sayı 63-ə yüksəlib.

Antara News-un məlumatına görə, Sidoarjo şəhərində yerləşən və qanunsuz şəkildə iki əlavə mərtəbə tikilməyə başlayan məktəb binası 29 sentyabrda çöküb. Hadisədən sonra dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi (BASARNAS) bildirib ki, ümumilikdə 167 nəfər binadan təxliyə edilib, onlardan 63-ü həyatını itirib. Xilasetmə qrupları hələ də təxminən 10 nəfərin dağıntılar altında qala biləcəyini istisna etmir.

Rəsmilərin açıqlamasına görə, bina əlavə mərtəbələrin inşası zamanı qanunsuz tökülən betonun ağırlığını daşıya bilməyib və nəticədə çöküb. Qəza zamanı yalnız bir şagird xəsarət almadan xilas ola bilib.

Hadisə yerində 400-dən çox xilasetmə əməkdaşı çalışır, hadisə ilə bağlı istintaq aparılır. Məktəb rəhbərliyi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Chosen
89
afn.az

1Sources