Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib.
Bu barÉ™də Gundem.az-a Xüsusi RabitÉ™ vÉ™ İnformasiya TÉ™hlükÉ™sizliyi DövlÉ™t XidmÉ™tindÉ™n mÉ™lumat verilib.Â
Bildirilir ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.