EN

Bellingem başqa komandaya keçmək istəyir

İngiltərəli yarımmüdafiəçi Cobe Bellingem Dortmund “Borussiya”sından getmək istəyir.

"Unikal" xəbər verir ki, bunu jurnalist Saşa Tavollieri X sosial şəbəkəsində yazıb.

Tavollieriyə görə, 20 yaşlı Cobe az oyun vaxtından çox narazıdır. Kiçik Bellingem yayda “Borussiya”ya qoşulub, lakin hələ bir dəfə də tam oyun oynamayıb. Bu mövsümdə o, bütün turnirlərdə doqquz matçda iştirak edib, heç bir məhsuldar hərəkət etməyib.

Cobe Bellingem “Real”ın futbolçusu Cud Bellingemin kiçik qardaşıdır. Cobeniin “Borussiya” ilə müqaviləsi 2030-cu ilə qədərdir.

Chosen
10
3
unikal.az

5Sources