EN

Papa Türkiyəyə gedəcək

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətiməlumatyayıb. Papanın Türkiyəyə 27-30 noyabr tarixlərində, Livana isə 30 noyabr-2 dekabr aralığında gedəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, gözlənilən səfər həm xristianlar, həm də müsəlmanlar üçün mühüm jest mahiyyəti daşıyır.

XIV Leonun Türkiyəyə səfəri çərçivəsindəBirinci Nikeya Kilsə Məclisinin1700 illiyi münasibətilə İznik şəhərinə ziyarəti də baş tutacaq.

Xatırladaq ki, Papanın Livana gedəcəyi xəbəri hələ avqustun 20-də yayılmışdı. Həmin vaxt Maruni Kilsəsinin kardinalı Bişarə Rai Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində diqqətə çatdırmışdı ki, XIV Leonun səfəri cari ilin dekabr ayınadək baş tutacaq.

Firudin Həmidli
AzVision.az
Chosen
16
1
azvision.az

3Sources