EN

“Baku Network” analitik mərkəzində “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində daha bir tədbir keçirilib

Bakı.Trend:

“Baku Network” analitik mərkəzinin Azərbaycan RespublikasıQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyədəstəyi ilə həyata keçirdiyi “Azərbaycan əleyhinə Hibrid vəideoloji təhdidlərin təhlili” layihəsi üzrə növbəti tədbir baştutub.

Trend xəbər verir ki, toplantıda “BakuNetwork”ün rəhbər şəxsləri və ekspert üzvləri iştirak ediblər.

Tədbir “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktormüavini, “Baku Network”ün layihə direktoru Sahil Kərimlininmoderatorluğu ilə baş tutub.

Onun sözlərinə görə, Azərbaycan əleyhinə hibrid və ideolojitəhdidlər qərəzli və düşmənçilik mövqeyi, mənfi tendensiyalar uzunillərdən bəri həyata keçirilən xarici bir təhdiddir:

"Bu təhdidlərin arxasında bir çox məqamlar dayanır. Biz həmişğal dövründə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyiişğalçılıq dövrün və hətta 44 günlük Vətən müharibəsi və ondansonrakı antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü tambərpa etdikdən sonra bu cür hibrid və ideoloji təhdidlərin şahidiolmuşuq. Bunun bir çox səbəbləri var. Azərbaycanın ilk növbədəmüstəqil, milli və dövlətçilik maraqlarına əsaslanan siyasətdir.Çünki Azərbaycan heç bir zaman xarici təhdidlərin, təzyiqlərinqarşısında geri çəkilməyib. Əksinə hücum diplomatiyasına üstünlükverib . Bu təhdidlərə qarşı ayaq üstə möhkəm sinə gərib və bütün buproseslərin fonunda bu cür təhdidlər daha da artıb. MəqsədAzərbaycanı Beynəlxalq ictimaiyyətdə nüfuzdan salmaq, Azərbaycanınartan nüfuzuna xələl gətirməkdən ibarətdir. Biz də bu cür hibrid,ideoloji təhdidlərə qarşı cəmiyyət olaraq həmişə ayıq-sayıqolmalıyıq".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı,Politoloq İlyas Hüseynovqeyd edib ki, bəzən ölkəmiz əleyhinə müxtəlif kampaniyalar təşkilolunur amma onun elmi -nəzəri əsasları aşılanmalıdır, həmintəhdidlər ifşa edilməlidir.

"Geniş ictimaiyyət bu ilkin siyasi biliklərlə məlumatlanmalıdırvə eyni zamanda silahlanmalıdır. Çünki 21-ci əsr artıq informasiyakimdədirsə, o daha güclüdür, daha diqtə edən tərəfdir. İnformasiyablokadasında olan, informasiya kasadlığını yaşayan tərəflər isədaha çox idarə olunan bir dövlətlərə, cəmiyyətlərə çevrilirlər. Bubaxımdan Azərbaycanın da çox həasas bir bölgədə yerləşməsini nəzərəalaraq, bizim üçün bu cür təhdidləri neytrallaşdırmaq müstəsnaəhəmiyyətə malikdir. Bu gün də, bəlkə də sabah da biz bu cürtəzyiqlərə sinə gərməliyik. Təzyiqləri həyata keçirən geosiyasimərkəzlərin işğal dövründə əsas hədəfi bundan ibarət idi ki, bizişğal faktı ilə barışaq. Burada müxtəlif seqmentlər üzrə hibridmüstəvidə hücumlar təşkil olunurdu. Sanki Azərbaycanı faktqarşısında qoymağa çalışırdılar. Bizə bu reallığı qəbul etdirməyəçalışırdılar. Belə olan halda bu təzyiqlərə tab gətirmək və özmaraqlarımızın genişlənməsi üçün çalışmaq önəmli idi",- deyə ovurğulayıb.

BDU müəllimi, siyasi şərhçi Aytən Qurbanova isə öz növbəsindəqeyd edib ki, istər müharibə dövründə, istər müharibədən sonrakıdövrdə biz gənc nəsli hədəf alan kifayət qədər çıxışları aydınşəkildə müşahidə edə bildik.

"Həm qələbəmizi kölgə altında qoymaq istəyənlərin bu istiqamətdəgənclərdə ayrı-seçkilik və ideoloji olaraq parçalanma istiqamətindəortaya qoyduqları mövqe, həm onları monipulyasiya etmək,inteqrasiya adı altında hər hansısa bir yeni yaranmış və bizə uyğunolmayan dəyərlərə yönləndirmə istiqamətində atılan addımlar vəradikal düşüncələrin daha çox aşılanmasıdır. Çünki ən çox təhdidyaradan məqamlardan biri də bununla bağlıdır. Qoloballaşan dünyadagənclərin bu qədər fərqli idologiyaların arxasınca getdiyi birməqamda Azərbaycanda ənənəvi dəyərlərə bağlılığın bu qədər möhkəməsaslarda olması, gəncləri bu istiqamətə yönləndirən əsashədəflərdən biridir. İndi də bu cəhdlər davam edir. Çox təəssüf ki,texnoloji yeniliklərin verdiyi üstünlüklər informasiya məkanınaçıxışı təmin etməklə bərabər informasiyanın doğru araşdırılmasıiatiqamərində də ciddi problemlər yaradır",- deyə siyasi şərhçifikirlərini tamamlayıb.

Əlavə olaraq siyasi şərhçi, yaxın şərq üzrə ekspert RufizHafizoğlu bildirib ki, hibrid müharibə, hibrid təhdid Azərbaycanüçün əslində yeni bir şey deyil:

"Əslində bu heç dünya üçün də yeni deyil. Bu məsələyə məhzsiyasi yöndən yanaşmaq hardasa biraz sadəlövlük olmuş olar.Həqiqətən burada radikal dini axınların, eyni zamanda istər YaxınŞərqdən, istər Yaxın Şərq mərkəzli görünən, əslində isə dərbinbeyin düşüncəsi olan müəyyən məzhəbi olan ideoloji qurumların bu vəya digər şəkildə Azərbaycan gəncliyinə, əhalisinə, eləcə də qonşudövlətlərin əhalisinə siraət etmək kimi bir yanaşmaları olub. Bukimi dövlətlər ideoloji təhdidlərlə çox ciddi ideoloji boşluqlarolduqda qarşı-qarşıya gəlirlər".

Mərkəzin direktoru Elçin Ağacanov vurğulayıb ki, "Baku Network"Azərbaycanda yeganə qeyri-hökümət resursudur ki, hər gün çox ciddiakademik-analitik araşdırma hazırlayır və 6 dildə dərc olunur.

"Yaxın günlərdə artıq Çin dili servisimi də iatifadəyə veriləcəkvə bu süni intellekt deyil, tərcüməçilərdir. Biz yeganə təşkilatıqki, hibrid, fake dezinformasiyaların elmi araşdırmaları iləməşğuluq. Son araşdırmamız Əl-Cəzirə ilə bağlı oldu. Əl-Cəzirəhaqqında bilmədiklərimizi biz xalqımıza çatdırmaq istədik ki,kütləvi soyqrımıya məruz qalan yeganə telelanaldır. Əl-Cəzirə qədərəməkdaşı qətlə yütirilən ikinci telekanal yoxdur. Biz hibridtəhlükələrin qarşısını almaq üçün ilk növbədə Azərbaycandamüəllimlə digər peşa sahibləri arasında maddi və nüfuz fərqiyaratmalıyıq. Müəllimlər cəmiyyətin həsəd aparılan bir kasdasıolmalıdır. Analar övladlarına deməlidir ki, yaxşı yaşamaqistəyirsənsə, müəllim ol. Müəllimlər arasında bir kasdaprofessorlar olmalıdır. Onların qarşıaında çox ciddi tələblərqoyulmalıdır. Bizim professorlarımız, universitet müəllimlərimizyetərincə maaş almalıdır və maddi-texniki, məişət qayğılarını təminetməlidirlər. Çünki elmi-fundomental işə vaxt qalmır",- deyəE.Ağacanov əlavə edib.

Qeyd edək ki, “Baku Network” 2025-ci ilin may–avqust aylarıərzində “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili”layihəsini icra edir. Layihəyə dövlət qurumlarının dəstəyi iləbeynəlxalq ekspertlər və analitiklər cəlb olunub.

Layihənin əsas məqsədi Azərbaycan suverenliyinə, beynəlxalqreputasiyasına və strateji maraqlarına qarşı yönəlmişinformasiya-psixoloji hücumların - media kampaniyalar,dezinformasiya, ideoloji təsirlər və digər təhdidlərin -mənbələrini aşkar etmək, onların qarşısında sistemli yanaşma iləeffektiv mübarizə aparmaqdır.

Chosen
30
az.trend.az

1Sources