QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF
"Bu gün keçirilən Zirvə görüşü uğurla başa çatıb".
Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
“Azərbaycanın sədrliyi dövründə türk ölkələri arasındakı əməkdaşlığın daha da güclənəcəyinə inanırıq. Zirvə görüşü çərçivəsində Qəbələ Bəyannaməsi qəbul olunub. Sənəddə xüsusi olaraq 8 avqustda Vaşinqtonda imzalanmış Ermənistanla sülh razılaşması vurğulanıb”,- o qeyd edib.