EN

Türkiyədə “Cəhənnəm Necati” ləqəbli məşhur cinayətkar saxlanılıb

Ajans.az xəbər verir ki,bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. 53 yaşlı Arabacı İzmirin Adnan Menderes hava limanında hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. O, İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi. Necati Arabacı böyük transmilli mütəşəkkil cinayətkar qrupun lideri hesab olunur. O, çirkli pulların yuyulması, hədə-qorxu ilə tələb etmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və silah alveri də daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham edilir. Qeyd olunur ki, Arabacının rəhbərlik etdiyi cinayətkar şəbəkə bir neçə ölkədə aparılan istintaq və əməliyyatların mərkəzindədir. Onun yaxın günlərdə məhkəmə qarşısına çıxarılması gözlənilir.

 

Chosen
90
Ajans.az

1Sources