EN

MOİK i Cəbrayıl la oyuna hansı mütəxəssisin çıxaracağı dəqiqləşdi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

1-ci Liqa təmsilçisi MOİK-i növbəti çempionat matçına hansı mütəxəssisin çıxaracağı bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda həm də 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan İlham Yadullayevin rəhbərliyi altında bərbad startla diqqət çəksə də, rəhbərlik radikal addım atmağa tələsmir.

Belə ki, Yadullayevə narazılığını çatdıran klub bossları ona daha bir şans veriblər. Artıq "hərbçilər"in 5-ci turda "Cəbrayıl"la görüşündə də Yadullayevin iş başında olacağı dəqiqdir. Bu matçda qeydə alınacaq nəticə isə 4 oyuna 1 xal toplayan mütəxəssis üçün həlledici əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, MOİK - "Cəbrayıl" görüşü oktyabrın 16-da keçiriləcək. Binə qəsəbə stadionunda reallaşacaq duelin start fiti 14:30-da səsləndiriləcək. 

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
fanat.az

1Sources