Rusiyanın "Spartak" (Moskva) klubu baş məşqçi postuna Xavini gətirməyi düşünür.

Offsideplus.az xəbər verir ki, onlar Deyan Stankoviçi ispaniyalı mütəxəssislə əvəz etmək istəyib.

Bu barədə "Metaratings" məlumat yayıb.

Lakin Xavi bu təklifi qəbul etməyib. O, Rusiyada çalışmaq istəməyib.

45 yaşlı mütəxəssis 2024-cü ilin yayında "Barselona"dan ayrılandan bəri işsizdir.