EN

Papa XIV Leo ilk xarici səfərini qonşu ölkəyə edəcək

Papa XIV Leo ilk xarici səfərini Türkiyəyə edəcək.

BAKU.WS xəbər verir ki, Vatikan Papa XIV Leonun ilk xarici səfərini 27–30 noyabr tarixləri arasında Türkiyəyə edəcəyini açıqlayıb.

Vatikanın məlumatına görə, səfər zamanı Papa Türkiyədə dövlət rəhbərləri və kilsə nümayəndələri ilə görüşəcək. Bu səfər həm də İznikdə keçirilmiş Birinci İznik Kilsə Məclisinin (Konsilinin) 1700-cü ildönümünə həsr olunmuş ziyarəti əhatə edəcək.

Vatikan Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni bildirib ki, Papa həm Türkiyə, həm də Livan prezidentlərinin və kilsə rəhbərlərinin dəvətini qəbul edib.

Məlumata görə, Papa XIV Leo Türkiyə səfərindən sonra Livana da səfər edəcək. Livan ziyarətinin marşrutu yaxın günlərdə açıqlanacaq.

Chosen
26
far.az

1Sources