ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
2-ci turda 2-ci oyun günü “Qarabağ”ın paytaxtımızda möhtəşəm zəfəri ilə start götürdü."Football-plus.az" xəbər verir ki, bu oyunla paralel Brüsseldə “Nyukasl” Belçika çempionu “Yunion”a futbol dərsi keçdi. Halbuki liqa mərhələsinə “Yunion” qələbə, “Nyukasl” isə məğlubiyyətlə start vermişdi. Digər oyunlara gəlincə, turun mərkəzi qarşılaşmasında “Barselona” ümidləri doğrultmadı. Kataloniya nəhəngi doğma meydanda oynamasına, üstəlik hesabı açmasına baxmayaraq, ÇL-in son qalibi ilə görüşdə xal qazana bilmədi. Xüsusilə 2-ci hissədə Paris nəhəngi oyun baxımından güclü rəqibini bir baş üstələdi. Özü də nəzərə alaq ki, PSJ Dembele, Kvaratsxeliya və Due kimi aparcısı futbolçularsız oynayırdı! “Blauqrana” bu mövsüm 9-cu rəsmi oyunda ilk məğlubiyyətlə üzləşdi. Maraqlıdı ki, “Barsa”nın ÇL-də son 5 oyunda yalnız bir qələbəsi var. Favoritlərdən Dortmund “Borussiya”sı ilə “Arsenal” rahat qələbə qazandı. “Arılar” “Qarabağ”ın növbəti rəqibi “Atletik”i darmadağın etdisə, “topçular” “Olimpiakos”u iki cavabsız qolla evə əliboş yola saldı. “Arsenal” həm də evdə Yunanıstan nəhənginə qarşı 3 oyunluq məğlubiyyət seriyasına son qoydu. İtaliya çempionu “Napoli” böyük çətinliklə “Sportinq”i yenərək ilk qələbəsini qazandı. De Bruyne hesabına iki məhsuldar ötürmə, Höylunn isə iki qol yazdı. Danimarkalı forvard neapolluların heyətində ilk 5 rəsmi oyunda artıq 3 qol vurub. Halbuki Höylunn “Yunayted”in heyətində eyni sayda qolu son 35 rəsmi oyunda vurmuşdu! Günün əsas sürprizi Monakoda qeydə alındı. Yüksəlişdə olan “Mançester Siti”nin mövsümə inamsız başlayan “Monako” ilə qarşılaşmada büdrəyəcəyini az adam proqnozlaşdırardı. Bu mövsüm “Tottenhem” istisna olmaqla qarşılaşdığı bütün rəqiblərə qol vuran Holann “Monako”ya da rəhm etmədi. Amma onun dublu qələbə üçün kifayət etmədi. “Ağ bayraq qaldırmaq” istəməyən Fransa təmsilçisi son anlarda qazandığı penalti sayəsində məğlubiyyətdən qurtuldu. Özü də ingilisləri məyus edən futbolçu ingiltərəli Dayer oldu. Xabi Alonsonun dönəmindəki əzəmətini itirən “Bayer-04” qeyri-sabit mövsüm keçirməkdə davam edir. Komanda nə bundesliqada fanatlarını sevindirə bilir, nə də ÇL-də. İlk turda Kopenhagendən 1 xalla dönən “aspirinlər” bu dəfə evdə PSV-nin müqavimətini qıra bilmədilər. Bu nəticəni daha çox eyndhovenlilərin hesabına yazmaq olar. Çünki komanda ilk turda evdə gözlənilmədən “Yunion”a boyun əymişdi. “Yuventus” isə heç cür heç-heçə sindromundan qurtula bilmir. İlk turda evdə “Borussiya” ilə 4:4 bərabərə qalan, daha sonra A seriyasında keçirdiyi hər iki oyundan 1:1-lə ayrılan “qoca sinyora” bu dəfə Vilyarrealda 1 xalla kifayətlənməli oldu. Halbuki İqor Tudorun komandası fasilədən sonra vurduğu qollarla əzmkar qələbə qazanmağa çox yaxın idi. “Yuve” həm də bu rəqibdən 2022-ci ildəki acı məğlubiyyətin qisasını ala bilərdi. Amma İspaniya təmsilçisi 90-cı dəqiqədə məğlubiyyətdən qurtula bildi. “Yuve”nin ÇL-də ilk iki turdan heç-heçələrlə ayrılmasına sonuncu dəfə 2013/14-də rast gəlinmişdi. O vaxt Turin nəhəngi qrup mərhələsinə səfərdə “Kopenhagen” (1:1) və evdə “Qalatasaray”la (2:2) heç-heçə etməklə başlamışdı. Yunion – Nyukasl 0:4 (0:2)Yunion (Brüssel, Belçika): Sherpen, Xalaili (Patris, 78), Makallister (Sayks, 68), Bercess, Leysen, Nyanq, Zorqan, Əl-Hac, De Perre (Rasmussen, 67), Rodriges (Bufal, 73), David (Qiqer, 46).Nyukasl (İngiltərə): Poup, Trippye (Şer, 83), Tiav, Botman, Bern, Tonali, Gimaraynş (Holl, 73), Joelinton (Mayli, 59), Elanqa (Barns, 73), Qordon, Voltemade (Osula, 73).Qollar: Voltemade, 17 (0:1). Qordon, 43-p. (0:2). Qordon, 64-p. (0:3). Barns, 80 (0:4).Vərəqələr: Joelinton, 36. De Perre, 39. Bercess, 51. Makallister, 57. Qiqer, 60 – sarı. Hakim: Urs Şnayder (İsveçrə).1 oktyabr. Brüssel. 16038 tamaşaçı.Monako – Mançester Siti 2:2 (1:2)Monako (Fransa): Kön, Vanderson (Uattara, 22), Kerer, Dayer, Salisu (İlenixena, 82), Diatta, Teze, Kulibali (Kabral, 82), Akliuş, Fati (İdumbo, 64), Baloqan (Biret, 82).Mançester Siti (İngiltərə): Donnarumma, Stouns (Nunyeş, 70), Diaş, Qvardiol, O`Rayli, Rodri (Niko Qonsales, 61), Reynders, B.Silva, Foden, Dokyu (Savinyo, 61), Holann.Qollar: Holann, 15 (0:1). Teze, 18 (1:1). Holann, 44 (1:2). Dayer, 90-p. (2:2).Vərəqələr: Donnarumma, 39. Rodri, 57. Diatta, 63. B.Silva, 88. Savinyo, 90+4 – sarı. Hakim: Xesus Xil (İspaniya).1 oktyabr. Monako. 11275 tamaşaçı. Arsenal – Olimpiakos 2:0 (1:0)Arsenal (London, İngiltərə): Raya, Uayt (Timber, 58), Saliba, Qabriel (Moskera, 75), Lüis-Skelli, Subimendi, Edeqor, Merino (Rays, 58), Martinelli (Saka, 73), Trossar (Eze, 73), Dyokereş.Olimpiakos (Pirey, Yunanıstan): Solakis, Koştinya, Retsos (Byankon, 86), Pirola, Orteqa, Qarsiya (Şipioni, 75), Esse (Muzakitis, 86), Martinş (Taremi, 62), Çikinyo (Strefetsa, 85), Podense, Əl-Kaabi.Qollar: Martinelli, 12 (1:0). Saka, 90+2 (2:0).Vərəqələr: Qabriel, 58. Subimendi, 61. Rays, 78. Strefetsa, 90 – sarı. Hakim: Fransua Letesye (Fransa).1 oktyabr. London. 56820 tamaşaçı. Barselona – PSJ 1:2 (1:1)Barselona (İspaniya): Şçensnı, Kunde, E.Qarsiya (Kristensen, 86), Kubarsi, Martin (Balde, 72), De Yonq, Pedri (Bernal, 79), Yamal, Olmo (Kasado, 72), Reşford (Levandovski, 72), F.Torres.PSJ (Fransa): Şevalye, Hakimi, Zabarnı, Paço, Mendeş, Ruis (Ramuş, 72), Vitinya, Zair-Emeri, Mbaye (L.Ernandes, 65), Barkolya (Ncantu, 80), Mayulu (Li Kan İn, 80).Qollar: F.Torres, 19 (1:0). Mayulu, 38 (1:1). Ramuş, 90 (1:2).Vərəqələr: De Yonq, 32. Mendeş, 44. Olmo, 57. Kasado, 78. Hakimi, 87. Yamal, 90+2 – sarı.Hakim: Maykl Oliver (İngiltərə).1 oktyabr. Barselona. 50207 tamaşaçı. Bayer-04 – PSV 1:1 (0:0)Bayer-04 (Leverkuzen, Almaniya): Flekken, Tape (Artur, 42), Kuansa, Bade, Tapsoba, Qrimaldo, A.Qarsiya, E.Fernandes, Tillman (Maza, 80), Poku (Ben Segir, 73), Kofane (Eçeverri, 80).PSV (Eyndhoven, Niderland): Kovarj, Mauro Junior, Obispo (Flaminqo, 66), Qasiorovski, Salah-Eddin, Saybari, Veerman, Shauten, Man (Bayraktareviç, 73), Perişiç (Drioş, 73), Til. Qollar: Kofane, 65 (1:0). Saybari, 72 (1:1). Vərəqələr: Til, 64. Saybari, 90+2 – sarı. Hakim: Qlenn Nyuberq (İsveç).1 oktyabr. Leverkuzen. 30210 tamaşaçı.Borussiya D – Atletik 4:1 (1:0)Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson, Anton, Zyule (Şlotterbek, 70), Bensebayni, Svensson, Zabitser, Bellingem (Nmeça, 79), Adeyemi (Bayer, 63), Çukvuemeka (Brandt, 63), Girassi (F.Silva, 87).Atletik (Bilbao, İspaniya): Simon, Qorosabel, Vivian (Lyaport, 46), Paredes, Lekue, Reqo, Xaureqisar (De Qalarreta, 46), İ.Uilyams (Quruseta, 46), Navarro, Qomes (Serrano, 63), Sannadi (Sançes, 80). Qollar: Svensson, 28 (1:0). Çukvuemeka, 50 (2:0). Quruseta, 61 (2:1). Girassi, 82 (3:1). Brandt, 90+1 (4:1). Vərəqələr: Paredes, 43. Qorosabel, 59. Bayer, 89 – sarı. Hakim: Şimon Marçinyak (Polşa).1 oktyabr. Dortmund. 81365 tamaşaçı. Napoli – Sportinq 2:1 (1:0)Napoli (Neapol, İtaliya): Milinkoviç-Saviç, Spinatsola, Jezus, Beukema, Qutyerres (Oliveyra, 81), Lobotka, Zambo Anqissa, De Bruyne (Gilmor, 81), Maktominey (Lanq, 69), Politano (Neres, 69), Höylunn (Lukka, 90).Sportinq (Lissabon Portuqaliya): Rui Silva, Fresneda, Kuareşma (Debast, 67), İnasio, Arauxo, Hyulmann, Simoeş (Morita, 78), Kenda, Trinkao (Qonsalveş, 46), Katamu (Suares, 46), İoannidis (Alisson, 67).Qollar: Höylunn, 36 (1:0). Suares, 62-p. (1:1). Höylunn, 79 (2:1). Vərəqə: yoxdu. Hakim: Danni Makkeli (Niderland).1 oktyabr. Neapol. 47364 tamaşaçı. Vilyarreal – Yuventus 2:2 (1:0)Vilyarreal (İspaniya): Tenas, Mourinyo, Marin, Veyqa, Pedrasa (Kardona, 76), Komesanya, Geye, Parexo (Oluvaseyi, 64), Pepe, Byukenen (Moleyro, 64), Mikautadze (Axomaş, 76).Yuventus (Turin, İtaliya): Perin, Kambyaso (Ruqani, 80), Kalulu, Qatti, Kelli, Kabal (Mario, 16), Lokatelli, Makkenni, Koopmayners (Konseysao, 46), Kənan Yıldız (Adjiç, 80), David (Vlahoviç, 86).Qollar: Mikautadze, 18 (1:0). Qatti, 49 (1:1). Konseysao, 56 (1:2). Veyqa, 90 (2:2). Vərəqələr: Kabal, 6. Kambyaso, 77. Axomaş, 85. Konseysao, 90+6 – sarı. Hakim: İştvan Kovaç (Rumıniya).1 oktyabr. Vilyarreal. 20087 tamaşaçı. 1. Bavariya 2 2 0 0 8-2 62. Real 2 2 0 0 7-1 63. PSJ 2 2 0 0 6-1 64. İnter 2 2 0 0 5-0 65. Arsenal 2 2 0 0 4-0 66. QARABAĞ 2 2 0 0 5-2 67. Borussiya D 2 1 1 0 8-5 48. Mançester Siti 2 1 1 0 4-2 49. Tottenhem 2 1 1 0 3-2 410. Atletiko 2 1 0 1 7-4 311. Nyukasl 2 1 0 1 5-2 312. Marsel 2 1 0 1 5-2 313. Brügge 2 1 0 1 5-3 314. Sportinq 2 1 0 1 5-3 315. Ayntraxt F 2 1 0 1 6-6 316. Barselona 2 1 0 1 3-3 317. Liverpul 2 1 0 1 3-3 318. Çelsi 2 1 0 1 2-3 319. Napoli 2 1 0 1 2-3 320. Yunion 2 1 0 1 3-5 321. Qalatasaray 2 1 0 1 2-5 322. Atalanta 2 1 0 1 2-5 323. Yuventus 2 0 2 0 6-6 224. Bude/Qlimt 2 0 2 0 4-4 225. Bayer-04 2 0 2 0 3-3 226. Vilyarreal 2 0 1 1 2-3 127. PSV 2 0 1 1 2-4 128. Kopenhagen 2 0 1 1 2-4 129. Olimpiakos 2 0 1 1 0-2 130. Monako 2 0 1 1 3-6 131. Slaviya 2 0 1 1 2-5 132. Pafos 2 0 1 1 1-5 133. Benfika 2 0 0 2 2-4 034. Atletik 2 0 0 2 1-6 035. Ayaks 2 0 0 2 0-6 035. Kayrat 2 0 0 2 1-9 0Bombardirlər: Mbappe (Real) – 5, Keyn (Bavariya) – 4.Növbəti turun oyunları oktyabrın 21-22-də keçiriləcək: Atletik – Qarabağ, Barselona – Olimpiakos, Kayrat – Pafos, Arsenal – Atletiko, Bayer-04 – PSJ, Kopenhagen – Borussiya D, Nyukasl – Benfika, PSV – Napoli, Yunion – İnter, Vilyarreal – Mançester Siti, Qalatasaray – Bude/Qlimt, Atalanta – Slaviya, Bavariya – Brügge, Çelsi – Ayaks, Ayntraxt F – Liverpul, Monako – Tottenhem, Real – Yuventus, Sportinq – Marsel. Faktlar * Nik Voltemade “Nyukasl” tarixində həm premyer-liqada, həm də ÇL-də debüt oyununda qol vuran ilk futbolçu oldu! * “Barselona” ardıcıl 45-ci rəsmi oyunda fərqlənməyi bacardı. Komanda bu müddətdə 127 qol vurub. Kataloniya nəhəngi 81 illik şəxsi rekordunu yenilədi. “Barsa” daha öncə noyabr 1942 – fevral 1944 aralığında ardıcıl 44 oyunda qol vurmuşdu. * Kristian Kofane 19 yaş 67 günlüyündə fərqlənməklə “Bayer-04”ün heyətində ÇL-də qol vuran ən gənc futbolçuya çevrildi. * Kevin De Bruyne ÇL-də məhsuldar ötürmələrinin sayını 26-ya çatdıraraq bu göstəricidə Zinəddin Zidan və Andres İnyestanı yaxaladı. İndi belçikalı ulduz bu turnirdə məhsuldar ötürmələrin sayına görə yalnız Rayan Giqqz (41), Anxel Di Mariya (38), Devid Bekhem (36) və Xavidən (31) geri qalır. * PSJ avrokuboklar tarixində “Barselona”nı səfərdə ardıcıl 3 oyunda məğlub edən ilk klub oldu!* Qonsalo Ramuş avrokuboklar tarixində “Barselona” ilə səfər oyununda konkret 90-cı dəqiqədə qələbə qolunu vuran ilk futbolçu oldu. * PSJ 2025-ci ildə ilk qolu buraxdığı 15 qarşılaşmanın 8-də qələbə qazanıb. Bu, klubun yeni rekordudu. Parislilər buna qədər heç vaxt bir təqvim ilində bu şəkildə 8 qələbə qazanmamışdılar.* Erlinq Holann ÇL-də 50-ci oyunda vurduğu qolların sayını 52-yə çatdırdı. Bu turnirdə o, ilk 50 qarşılaşmada 9 klubdan – Zaqreb “Dinamo”su, “Anderlext”, “Lill”, “Brügge”, “Beşiktaş”, “Seltik”, “Qalatasaray”, ÇSKA və “Panatinaikos”dan daha çox qol vurub!* Holann klub və yığma səviyyəsində meydana çıxdığı ardıcıl 8-ci rəsmi oyunda qol vurdu. Bu, onun 2021-ci ildən bu yana ən yaxşı seriyasıdı. Bu mövsüm onun aktivində 10 rəsmi oyunda 17 qol var!Oyundan sonraAdi Hütter, “Monako”nun baş məşqçisi:
“Hər bir oyunçumu ürəkdən təbrik edirəm. Ciddi itkilərə baxmayaraq güclü rəqibə qarşı çox yaxşı mübarizə apardıq. Ən azı sona qədər həvəsdən düşmədiyimizə görə bu 1 xala layiq idik. Futbolçular oyuna ürəklərini qoydular və bununla qürur duyuram. Düzdü, iki epizodda bizi tir xilas etdi. Amma futbolda belə şeylər olur. Bəzən bəxtin də yarıdımına ehtiyac duyursan”. Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Maraqlı oyun izlədik. Bəzi epizodlarda düzgün qərarlar qəbul etmədik. Oyunun sonlarına yaxın isə müdafiə planında axsadıq. Fikrimcə, “Monako” penalti qazanmamışdan öncə yerinə yetirdiyi cərimə zərbəsi yanlış təyin olunmuşdu. Orda heç bir qayda pozuntusu yox idi. Ancaq bu nəticə ilə barışmalıyıq. 1 xal qazandıq və yolumuza davam edirik”.
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Təəssüf ki, biz bu gün PSJ ilə eyni səviyyədə olduğumuzu iddia edə bilmərik. Amma komandama güvənirəm. Səhvlərimizi analiz edib üzərimizdə çalışmaqda davam edəcəyik. İlk yarıda pis təsir bağışlamasaq da, ikinci hissədə yorulduq və PSJ bizi üstələdi. Onların çox səviyyəli və sürətli futbolçuları var. Parisliləri layiqli qələbə münasibəti ilə təbrik edirəm”.
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Gözə xoş gələn əla bir oyun izlədik. Çünki hər iki komanda meydana gözəl futbol sərgiləmək üçün çıxmışdı. Əsas məqsəd rəqibə qarşı kobud və ya çirkli oynamaq yox, məhz baxımlı futbol sərgiləmək idi. Biz hesabı bərabərləşdirdiyimiz ana qədər “Barsa” üstün görünürdü. Ancaq vurduğumuz qol özümüzə inamı artırdı və fasilədən sonra onları tamamilə üstələdik. Mayulu çox istedadlı oyunçudu. Futbol dünyası hələ oni yaxşı tanımır. Amma hərtərəfli və universal futbolçudu. Onun kimi oyunçuya sahib olduğumuz üçün sevincliyik. Fikrimcə, “Barsa” hələ də ÇL-i qazanmağa əsas namizədlərdən biridi. Hər şeyi pley-offdakı oyunlar həll edəcək”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.