"Kəpəz" yayda əməkdaşlığa son qoyduğu futbolçulardan birini geri qaytarmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Rauf Hüseynlidir.
"Sarı-göylər" artıq azad agent statusu daşıyan 25 yaşlı müdafiəçi ilə razılığa gəliblər.
Ötən mövsüm "Kəpəz" forması ilə Misli Premyer Liqasında 27 matça çıxan Hüseynli 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Gəncə komandasını hazırda Azər Bağırov çalışdırır. Ötən mövsüm də "Kəpəz"in "sükanı arxası"nda olmuş Bağırov bərbad start səbəbindən istefaya göndərilən Adil Şükürovu əvəzləyib.
Nihat