Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında oktyabrın 7-nə telefon danışığı planlaşdırılmır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Qeyd edək ki, bu gün Putinin ad günüdür.