EN

Ərdoğanla Putin telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Moderator.az "Hürriyet"ə istinadən xəbər verir ki, onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin olunması humanitar yardımların regiona çatdırılması üçün səy göstərdiyini bildirib.

Türkiyə lideri, həmçinin Rusiya-Ukrayna müharibəsinin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün diplomatik təşəbbüslərin intensivləşməsinin lazım olduğunu qeyd edib.

Chosen
13
3
moderator.az

5Sources