EN

Kataloniya nəhəngi Borussiya nın ulduzuna göz dikdi

ain.az bildirir, Fanat portalına istinadən.

“Barselona” müdafiə xəttini gücləndirmək məqsədilə Dortmund “Borussiya”sının alman futbolçusu Niko Şlotterbekin transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi uzun müddətdir 25 yaşlı müdafiəçini izləyir və qış transfer pəncərəsində rəsmi addım atmağı planlaşdırır.

Almaniya millisinin üzvü olan Şlotterbekin “Dortmund”la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Bu səbəbdən “Barselona” futbolçunun transferi üçün münasib şərtlərlə danışıqlar aparmaq niyyətindədir. Klub rəhbərliyi müdafiə xəttində gənc, güclü və top paylama qabiliyyəti yüksək oyunçuya ehtiyac duyur.

Kataloniya mətbuatının məlumatına görə, “Barselona”nın idman direktoru Deko Şlotterbekin adını əsas transfer siyahısına daxil edib. Futbolçunun həm mərkəz, həm də sol cinah müdafiəsində çıxış edə bilməsi “Barselona” üçün əlavə üstünlük hesab olunur.

Şlotterbek 2022-ci ildə “Frayburq”dan “Dortmund”a transfer olunub və bu müddət ərzində Bundesliqanın ən stabil müdafiəçilərindən birinə çevrilib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
fanat.az

2Sources