EN

Türkiyə və Şimali Kipr mediası TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə geniş yer ayırıb  

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzetləri və xəbər portalları Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü geniş işıqlandırıblar.

AZƏRTAC xəbər verir ki, bir sıra televiziya kanalı və xəbər agentliyi Azərbaycandan canlı yayım apararaq, Türk dövlətlərinin liderlərinin mövqelərini çoxmilyonluq auditoriya ilə tanış ediblər.

Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarına xüsusi diqqət yetirilib.

Türkiyə mətbuatı Türkiyə və Azərbaycan liderlərinin bəyanatlarına istinad edib, Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh və sabitlik məsələsinə dair mövqeyini dinləyicilərə çatdırıblar.

Rəcəb Tayyib Ərdoğanın Suriya və bütövlükdə Yaxın Şərqdəki vəziyyətlə bağlı söylədiyi fikirlər də xüsusi qeyd edilib.

İnformasiyalarda Türk ölkələrinin və bütövlükdə TDT-nin beynəlxalq mövqelərinin gücləndirilməsi naminə əməkdaşlığın və səylərin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkilir.

Həmçinin ŞKTC-nin Azərbaycanda keçirilən Zirvə Görüşünə beynəlxalq münasibətlər sisteminin tamhüquqlu iştirakçısı kimi dəvət olunması faktı vurğulanıb.

2Sources