EN

Almaniya futbol əfsanəsi Can Uzuna heyran qaldı

Almaniya Futbol Federasiyasının idman direktoru Rudi Föller, gənc istedad Can Uzun barədə səmimi açıqlama verib.

Fanat.Az xəbər verir ki, təcrübəli futbol adamı, “Ayntraxt Frankfurt”un 19 yaşlı futbolçusunun Türkiyə millisində çıxış etməsi ilə bağlı duyğularını bölüşüb:

“Can Uzunu hər həftə televizorda izləyəndə gözlərim dolur. Çünki biz də ondan məhz bunu gözləyirdik. Həqiqətən möhtəşəm futbolçudur.”

Tanınmış futbol funksioneri həmçinin Can Uzunun milli seçim prosesi barədə də danışıb:

“Onunla, atasiyla və meneceri ilə çox səmimi bir görüşümüz olmuşdu. Doğrudan da qərarsız idi. Amma nəhayət seçim etdi və Türkiyə milli komandasını seçdi. Buna hörmətlə yanaşmaq lazımdır.”

Can Uzun bu qərarı ilə Almaniyada böyük müzakirələrə səbəb olub. Gənc futbolçu, A milli səviyyədə Türkiyə millisində oynamağı seçərək, Avropa futbolunun ən çox müzakirə olunan gənc istedadlarından birinə çevrilib.

Kamil Xudiyev

Chosen
5
1
fanat.az

2Sources