EN

Rəqibimizdə daha bir itki

style='margin-bottom:10px;'>

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan milliləri ilə üz-üzə gələcək Ukrayna yığması daha bir itki ilə üzləşib.

QOL.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Aleksandr Timçik zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Kiyev “Dinamo”sunun üzvü heyətdən çıxarılıb.

Daha əvvəl yarımmüdafiəçilər Viktor Sıqankov və Oleksandr Zubkov zədəli olduğu üçün komandadan ayrılıb.

Qeyd edək ki, Ukrayna millisi D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, oktyabrın 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.

Chosen
13
3
teleqraf.com

4Sources