EN

Jordi Alba karyerasını başa vurur

"İnter Mayami"nin müdafiəçisi Jordi Alba MLS mövsümünün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə futbolçu sosial media hesabında məlumat verib.

"Təşəkkür edirəm, futbol", - o yazıb.

Xatırladaq ki, Alba 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 68 matçda meydana çıxıb, 8 qol vurub və 20 məhsuldar ötürmə verib.

Chosen
6
moderator.az

1Sources