EN

Kenan Yıldız ən bahalı türk futbolçusu oldu

Türkiyəli gənc ulduz Kenan Yıldızın bazar dəyəri yenilənib və o, Türk futbolu tarixinin ən bahalı futbolçusu adını qazanıb. Məşhur futbol məlumat platforması Transfermarktın açıqlamasına görə, Kenan Yıldızın dəyəri 75 milyon avroya yüksəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda İtaliyanın "Juventus" klubunda çıxış edən Kenan Yıldız, son aylarda göstərdiyi yüksək səviyyəli oyunla həm İtaliyada, həm də Avropada diqqət mərkəzinə düşüb. Bu çıxışlar onun bazar dəyərinin qısa müddətdə kəskin artmasına səbəb olub.

Əvvəlki bazar dəyəri 50 milyon avro olan gənc futbolçunun dəyəri 25 milyon avro artaraq 75 milyon avroya çatıb. Onun ardınca 60 milyon avro dəyəri ilə "Real Madrid"in oyunçusu Arda Güler gəlir.

Türk futbol tarixində ən yüksək bazar dəyərinə malik futbolçular:
Kenan Yıldız - 75 milyon avro (2025)
Arda Güler - 60 milyon avro (2025)
Hakan Çalhanoğlu - 45 milyon avro (2024)
Çağlar Söyüncü - 45 milyon avro (2021)
Orkun Kökçü - 35 milyon avro (2023)
Cengiz Ünder - 35 milyon avro (2018)
Arda Turan - 35 milyon avro (2015)
Ozan Kabak - 32 milyon avro (2020)
Ferdi Kadıoğlu - 30 milyon avro (2024)
Merih Demiral - 30 milyon avro (2020)

Lalə Qüdrətova
Milli.Az

Chosen
13
2
milli.az

10Sources