“İnter Mayami”nin müdafiəçisi Jordi Alba futbolçu karyerasını bitirir.
İdmanxeber.az xəbər verir ki, 36 yaşlı ispaniyalı mövsüm başa çatdıqdan sonra peşəkar futbolla vidalaşacaq.
“Barselona”nın yetirməsi olan Alba karyerası ərzində 6 dəfə La Liqa çempionu, 1 dəfə Çempionlar Liqasının qalibi olub və İspaniya millisi ilə Avropa çempionluğu qazanıb.