EN

“Qızıl Top”da favorit adlar açıqlandı

2026-cı il üçün “Qızıl top” mükafatına iddiaçı futbolçuların ilk reytinq siyahısı təqdim edilib.
ONN media xəbər verir ki, bu barədə “Give Me Sport” portalı məlumat yayıb.
Siyahıya “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe başçılıq edir. İkinci yerdə “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal, üçüncü yerdə isə “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn qərarlaşıb.
2025-ci ilin qalibi Usman Dembele dördüncü, “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri isə ilk beşliyi tamamlayır.
İlk onluğa həmçinin Erlinq Haaland, Cud Bellinqem, Məhəmməd Salah, Vinisius Junior və Rodri daxildir. Lionel Messi 16-cı, Kristiano Ronaldo isə 20-ci yerdə qərarlaşıb
Chosen
102
8
onn.az

9Sources