EN

Bu ölkənin Prezidenti silahlı hücuma məruz qaldı - Video

Ekvador Prezidenti Daniel Noboanın avtomobili daş və silahlı hücuma məruz qalıb. 

Ölkə.az xəbər verir ki, bu barədə məlumat verən Ekvadorun ətraf mühit və energetika naziri İnes

Manzanonun sözlərinə görə, Prezident Noboanın karvanı Caar əyalətində su təmizləyici qurğunun açılışında iştirak edərkən 500 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb.

"Prezidentin maşınına atəş açmaq, daş atmaq, dövlət əmlakına ziyan vurmaq - bunlar cinayətdir. Biz buna icazə verməyəcəyik", - Manzano bildirib. 

Hücum zamanı Prezident Noboa hər hansı xəsarət almayıb. Hadisə ilə əlaqədar 5 şübhəli saxlanılıb.

Ekvador hüquq-mühafizə orqanları saxlanılanlar barəsində adam öldürməyə cəhd və terrorizm ittihamı irəli sürüləcək.

Mürtəza

Chosen
30
42
olke.az

10Sources