Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir MəmmədovABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıqüzrə nümayəndəsi Benni Mor ilə görüş keçirib.
“Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarındanbiridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə,öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.
Görüşdə Azərbaycan ilə ABŞ arasında yüksək texnologiyalar,nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafperspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdəABŞ ilə tərəfdaşlığa böyük önəm verir.
Samir Məmmədov Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əldəetdiyi nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, genişzolaqlıinternetə tam çıxışın təmin olunması, “TİER III” səviyyəli datamərkəzləri, SİMA yeni nəsil rəqəmsal imza həlli və “MyGov”platforması Azərbaycanı “çox yüksək” elektron hökumət reytinqi olanölkələr sırasına çıxarıb.
ABŞ-nin aparıcı İT şirkətlərindən olan “Epam” ilə birgə “MyGovBusiness” adlı yeni platforma üzərində əməkdaşlığa start verildiyi,bu platformanın dövlət-biznes münasibətlərində vahid pəncərəfunksiyası daşıyacağı bildirilib.
Görüşdə “Lincoln” klubuna üzv şirkətlərlə B2B və B2G formatlardauzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycandanümayəndəliklərinin açılması, insan kapitalının inkişafetdirilməsi, birgə investisiya qoyuluşu və müştərək vençurfondların yaradılması imkanlarına dair geniş fikir mübadiləsiaparılıb.