Demokrat.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.
Banuçiçək Nəsirli (48 kq) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gələcək.
Bilalhəbaşi Nəzərov (50 kq) isə Razvan Ionut Panainteni (Rumıniya) sınağa çəkib.
Hər üç raundda rəqibinə qalib gələn boksçumuz yekunda 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26) hesabı ilə qələbə qazanıb. Nəzərov finalda Tommaso Orlando (İtaliya) münasibətinə aydınlıq gətirəcək.
Digər boksçumuz Sübhan Babayev (60 kq) Luka Çxikvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından təmsilçimiz bürünc medala yiyələnib.
Qeyd edək ki, yarımfinal mərhələsində bu gün daha iki boksçumuz rinqə çıxacaq.
10Sources
-
demokrat.azİki boksçumuz Avropa çempionatının FİNALINDA ( 22173397)
-
bizim.mediaİki boksçumuz Avropa çempionatının FİNALINDA ( 22172494)
-
90deqiqe.azAvropa çempionatı: Azərbaycanın iki boksçusu finala yüksəlib, biri bürünc medal qazanıb ( 22165960)
-
ikisahil.azAvropa çempionatı: İki boksçu finala yüksəlib, biri bürünc medal qazanıb ( 22164082)
-
hafta.azFinala yüksələn iki boksçumuzdan biri bürünc medal qazanıb ( 22164001)
-
sia.azAzərbaycanın iki boksçusu finala yüksəlib - AVROPA ÇEMPİONATI ( 22163839)
-
azertag.azAvropa çempionatı: Azərbaycanın iki boksçusu finala yüksəlib, biri bürünc medal qazanıb ( 22163344)
-
apasport.azİki boksçumuz Avropa çempionatının finalında ( 22163167)
-
idman.bizAvropa çempionatı: İki boksçumuz FİNALDA ( 22162918)
-
teleqraf.comAvropa çempionatı: Azərbaycanın iki boksçusu finala yüksəldi, biri bürünc medal qazandı ( 22162621)