EN

TDT 2026-cı ildə ortaq peyk istehsal edəcək

BAKI, 8 oktyabr. TELEQRAF

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr 2026-cı ildə birgə peyk istehsal etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.

Bəyannaməyə əsasən, TDT bayrağı altında, üzv ölkələrin birgə mütəxəssisliyi və texnoloji imkanları ilə hazırlanacaq 12U TDT-SAT Küp Peykinin istehsalı və 2026-cı ildə orbitə buraxılması planlaşdırılır.

Sənəddə həmçinin peykin hazırlanması və buraxılış prosesinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqların verildiyi vurğulanıb.

Chosen
93
teleqraf.com

1Sources